Avropa Birliyi ilə imzalanan sənəd Azərbaycanı Avropa Birliyinə bir addımda yaxınlaşdırdı
Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsinə bəzi qruplardan olan şəxslərə vizaların verilməsi prosedurlarının sadələşdirilməsi, viza üçün tələb olunan sənədlərin sayının azaldılması nəzərdə tutulur. Razılaşmaya görə gələn il həm Azərbaycan, həm də Avropa Birliyində təsdiq edildikdən sonra qüvvəyə minəcək.
1. Uzunmüddətli vizalarda şengen ölkəsində qalmağın müddəti 2 dəfə yəni 90 gündən 180 günədək artılacaq. Bu o deməkdir ki, əvvəllər uzunmüddətli, məsələn, 3 illik malti şengen viza alanlar üçün brilikdə maksimum qalma müddəti 3 ay idisə, artıq bu rəqərm 6 ay olacaq.
2. Uzunmüddətli vizaların müddəti 3 ildən 5 ilədək uzadılacaq. Yəni, əvvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq.

4. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumları, jurnalistlər, konfras və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. daxildir.
5. Vizaların verilməsi üşün tələb edilən müddət 2 dəfə azaldılacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları vizaların alınması üçün heç də günlərlə gözləməyəcəklər. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq.
6. Viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Bu isə imkan verəcək ki, Azərbaycan vətəndaşları daha az sənəd təqdim etməklə vizanın rəsmilləşdirilməsini həyata keçirə bilsinlər.
7. Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müracəti etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.
Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınlaşması baxımından yeni bir mərhələnin başlanğacıdır.